Su izolyasiya sistemləri/Bitum astar Bitum Esaslı Membran Astarı

Tərifi: Su ve bitumun özel metodlarla qarıştırılmasıyla əldə edilen istifadəye hazir bir astar materialidir. Her cür bitumlu material tətbiqi əvvəlinde astar vəzifəsini görür. İcindəki su buxarlandıqdan sonra, sürüldüyü səthdə yapışma artırıcı bir təbəqə əmələ gətirir.

İstifadə sahələri:

  • Daxili və xarici yerlərdə,
  • Üfüqi və şaquli səthlərdə,
  • Hər cür bitumlu membran və ya bitumlu sürmə əsaslı su izolyasiya materialı tətbiqindən əvvəl astar olaraq istifadə olunur.

Üstünlükləri:

  • Çok iqtisadidir.
  • Üstün yapışma xüsusiyyəti sayəsində üzərinə örtülən bitumlu materialların səthə daha möhkəm yapışmasını təmin edər.
  • Üzərinə gələcək bitum əsaslı örtüyün səthə daha möhkəm və boşluqsuz yapışdırılmasını təmin edər.
  • Səth nəmli belə olsa yaxşı bir yapışma təmin edər.
  • İstifadəyə hazır olub tətbiqi asandır.
  • Su əsaslı olduğundan ətraf dostudur.
  • Tez alışan və zəhərli maddələr ehtiva etmədiyindən, bağlı yerlərdə etibarla istifadə edilə bilər.
  • Soyuq tətbiq edilməlidir. Isitmə və nazikleşdirmə tələb etmir.

Səthin Hazırlanması:

  • Tətbiq səthinin quru olmasına diqqət edilməlidir.
  • Tətbiq səthi toz, yağ, qatran, meydança, boya, silikon, kür vəsaiti, yuyucu və qəlıb yağları kimi yapışmağın qarşisini alacag maddələrdən təmizlənmiş olmalıdır.
  • Betonun zəif yerləri təmir edilməli, yaxşı tutunmamış suvaqlar sökülməli, səth düzgün və mohkem hala gətirilməli, binada kistatik çatlaqlar LATEX’li suvaq və ya Rötresiz GROUT xərci ilə təmir edilməlidir.Dinamik (hərəkətli) çatlar isə Hibrid və Poliüretan Mastikleri ilə təmir edilməlidir. Su gələn desiklər AQUASTOP ilə tutulmalıdır.
  • Tətbiq səthi suya doyurulmalı və tətbiqi əsnasında nəmli qalması təmin edilməlidir.
  • Dik künclərin uyğun şəkildə pahlanması lazımlıdır.

Tətbiq Məlumatları:

  • Məhsul tətbiqə hazırdır, soyuq tətbiq olunur. Homogen hala gələnə qədər qarışdırılıb səthə bitum fırçası, rulonlarla və ya püskürtmə maşını ilə tətbiq edilir.
  • Hava şəraitindən asılı olaraq təxminən 5-6 saatda quruyar.
  • Yağışlı havalarda və +5°Cdən aşağı temperaturda tətbiq olunmamalıdır.

İstehlak: Hər mərtəbədə 250q/m2

Diqqət:

  • +5°C-dən altında və +3°C-dən üzərindəki temperaturda tətbiqdən qaçının.
  • Donmuş, 24 saat içərisində donma riski olan və ya birbaşa günəşə və küləyə açık yerlərdə tətbiqdən qaçının.
  • Bitum astar içme suyu anbarları və üzmə hovuzlarının izolyasiyasına uyğun deyil.

Qablaşdırma: 16-kqlık şüşədə

Saxlama müddəti: Ağzı açılmamış qablaşdırmada 12 ay müddətində saxlanıla bilər. İstifadə əvvəli yaxşıca qarışdırın. Donmaya qarşı qoruyun.

Sağlamlıq və Təhlükəsizlik: Bütün kimyəvi məhsullarda olduğu kimi istifadə və saxlama zamanı qida məhsulları, dəri, göz və ağızla təmas etdirilməməlidir. Tətbiq əsnasında, iş və işçi sağlamlığı şərtlərinə uyğun iş paltarı, qoruyucu əlcək, eynək və maska ​​istifadə edilməlidir. Qəza ilə udulduğunda həkimə müraciət edin. Dəri ilə təmasda bol su ilə yuyun. Uşaqların çata bilməyəcəyi yerlərdə saxlanılmalıdır.

Texniki Xüsusiyyətləri:

Görünüş: Qara rəngli emulsiya

Maye sıxlığı: -0.98kq/lt:

Tətbiq İstiliyi: +5°C ilə +35°C arası

Qatı Maddə faizi: 18 %

Yumşalma İstiliyi: + 70°C

Quruma müddəti:

  • Toxunma: 1 saat
  • Tam quruma: 5-6 saat
  • Test:8 gün

Məhsullar üçün verilən ərizə təlimatları və texniki dəyərlər, 23 + 2 ° C istilik və% 50: 5 nisbi nəmli mühit şəraitində, beynəlxalq standartlara görə etdiyimiz testlər və təcrübələrimiz nəticəsində əldə edilmişdir. Hava şərtlərinə bağlı olaraq bu dəyərlər dəyişə bilər. Yüksək temperatur müddətləri qısaldar, aşağı temperatur uzadar.