Haqqımızda

Haqqımızda

"Su İnşaat" izolyasiya materiallarının təminatını ekoloji, təhlükəsiz və komfortlu şəkildə təqdim edir. İllərdir suyun istiqamətini birgə təyin edirik!

Su İnşaat 2013 ildə Bakıda qurulmuş, izolyasiya materiallırının satışı və xidməti ilə önə çıxan ilk firmalardandır. Qurucularımız, izolyasiya sektorunda uzun illər boyunca qazandığı təcrübə və biliyi, inşaat və mühəndislik sahəsində ixtisaslaşmış  komanda ilə birləştirərək izolyasiya sektorunun bütün sahələrinə xitab edən işləri icra etməyə başlamışdır. 


Komandamız, Azərbaycanın öndə gələn firma və dövlət strukturlarının izolyasiya və inşaat layihələrinə imzasını atmışdır. Ayrıca ölkə və ölkə xaricində izolyasiya materiallarının istehsalçısı olan bir çox firmanında Azərbaycandakı distributorudur. Bunlara Türkiyənin Fixa, Rusiyanın Texnonikol, İsveçrənin Sika inşaat kimyəvilərinin istehsalçılarını göstərmək olar. 


Firmamızın öncəliyi keyfiyyətli izolyasiya materialları ilə ölkə bazarını, ölkə xaricindən idxal edilən hər növ izolyasiya materialının, PVC membran, HDPE membran, geotekstil, alüminium profil, su tutucu bant, drenaj, daş yun, pvc traplar, sement əsaslı izolyasiya materialları, bitum əsaslı izolyasiyalar başda olmaqla bir çox hidro və termoizolyasiya materialı ilə təmin etmək və inşaat sektoruna xidmət etməkdir. Firmamız, demək olarki bu sektorda ilk İSO sertifkatlı firmalardandır. Firmamızda keyfiyyət idarə etmə İSO 9001, ətraf mühit İSO 14001 və insan sağlığı və əməyin mühafizəsi İSO 45001 - ə xüsusi diqqət yetirilir. İstifadə olunan materiallar İSO normalarına uyğundur. 


Xidmət göstərdiyimiz başlıca sahələr istidən və soyuqdan izolyasiya sistemləri, yanğından izolyasiya sistemləri, epoksi döşəmə sistemləri, səs izolyasiya sistemləri və su izolyasiya sistemi həlləridir. Təməl tunel izolyasiyaları, istinad divarları, dam və terras izolyasiyaları, daş yunu - fasad işləri, içməli su anbarları, texniki və içməli su rezervuarları, temperatur boşluqları və s. prioritet sahələrimizdir. Su İnşaat olaraq bir digər əsas sahəmiz, süni suvarma göllərinin salınmasıdır. Azərbaycanın bir çox bölgəsində süni göllərin salınması işləri görən firmamız bu sahənin demək olarki ən qabaqcıl referansına sahibdir. 


Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2015- ci il kənd təssürafatı ili elan edilməsi haqqında sərəncamı və verdiyi töhvə bu sahənin inkişafını ruhlandırmış və firmamız olaraq bizi, xüsusi qürurlandırmışdır. Qurulduğu gündən bu günə Su İnşaat müştəri məmnuniyyətini ön planda tutub, bu sahənin nə qədər məsuliyyətli sahə olduğunu dərk edərək özünü daim inkişaf etdirmişdir. Siz dəyərli müştərilərimizə ən yüksək şəkildə xidmət etməyin arzusundayıq. Referansımız, sertifikatlarımız ən əsası keyfiyyətimizlə xidmətinizdəyik! 


Gəlin suyun istiqamətini birgə təyin edək! 

Hörmətlə, Su İnşaat MMC







Sertifikatlar




Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.