Xidmətlər

Süni göllərin salınması

Müxtəlif növ izolyasiya sistemlərinin quraşdırılmasından, süni göllərin salınmasına qədər olan geniş xidmət çeşidi ilə qarşınızdayıq!


Süni göl nədir? Süni göllər hansı məqsədlə salınır? 
Ölkəmizdə süni göl sistemi mühüm kənd təsərrüfatı məhsullarından biridir və müasir kənd təsərrüfatının tərkib hissəsidir.

Ölkəmizin iqlim məlumatları tədqiq edildikdə məlum olur ki, kənd təsərrüfatı torpaqlarının 50 -55 faizində bitki yetişmə dövründə kifayət qədər yağıntı düşmür.

Suvarma quraq və yarımquraq rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün çox mühüm prosesdir. Buna görə də süni göllər böyük əhəmiyyət kəsb edir. Bölgənin torpaq xüsusiyyətlərindən asılı olmayaraq, membran sistemləri ilə böyük miqyaslı göllər salına bilər.

Suyun insan və təbiət həyatında əhəmiyyəti günü-gündən artır, çünki qıt olan su ehtiyatlarından düzgün istifadə etmək lazımdır. Buna görə də göllərin əkinçilik və heyvandarlıqda böyük əhəmiyyəti var.

Süni göllərin məqsədi təbii yağıntılarla təmin olunmayan bitkilərin ehtiyacları üçün geniş su toplama sahələri yaradaraq, suvarma suyu ilə təmin edilməsidir. 

Süni göllərin izolyasiyasında əsas prinsip suyun itkiyə getməməsi, hava şəraitini davamlı olması, uzun ömürlü olması və təmizlənməsinin asan olmasıdı. 

Membran izolyasiyalı süni göllər təbii şəraitə, bitki köklərinə, yosunlara, torpaq və sudakı duzlara və bir çox kimyəvi maddələrə qarşı üstün müqaviməti sayəsində uzunmüddətli istifadə imkanı təqdim edir.

Geomembran hətta sərt təbii şəraitdə də elastikliyini və struktur sabitliyini saxlayır. Qeyri-adi -40°C və 120°C hava şəraitində sınaqdan keçirildikdə, hidroizolyasiya üçün təhlükə yarada biləcək heç bir qopma və çatlama müşahidə edilməmişdir.

Göllərin və suvarma kanallarının su izolyasiyasında istifadə olunan materialların zamanla xarab olmasına və ciddi problem yaradan ozonun bəzi membranlara heç bir zərərli təsirinin olmadığı sınaqlar nəticəsində sübuta yetirilib.

Süni göl izolyasiyasında membran necə tətbiq olunur:
  • Əraziyə geotekstillər sərilir.Layihəyə uyğun hazırlanmış enli membran rulonlar (PVC, HDPE) kənarları üst-üstə düşməklə yan-yana düzülür.
  • Döşəmə avtomatik qaynaq maşınının düz hərəkətinə mane olarsa, qaynaq ediləcək yerlərin altına müvəqqəti olaraq nazik lövhə kimi sərt və yastı material qoyulmalıdır.
  • Üst üstə qoyulan hissələr isti hava ilə termal qaynaqlanır. Termal qaynaq zamanı tətbiq təlimatlarına əməl edilməlidir.
  • Döşəməni zədələyə biləcək iti daşlar, dəmir parçaları və s. olmamalıdır.
  • Gölün zəmini yalnız torpaq qazıntısından vəya  betondan ibarət olmalıdır.
  • Torpağın hamarlanmasından sonra hazırlanmış zəminə minimum 250 qr/m² geotekstil döşənir, daha sonra geomembran döşənərək tətbiq tamamlanır.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.