Xidmətlər

Dam və terras izolyasiyaları

Müxtəlif növ izolyasiya sistemlərinin quraşdırılmasından, süni göllərin salınmasına qədər olan geniş xidmət çeşidi ilə qarşınızdayıq!


İstiyə, soyuğa və suya ən çox məruz qalan yer damdır. Damlar mütəxəssislər tərəfindən hidroizolyasiya və termoizolyasiya məsləhət görülən ən vacib bölümdür. Yayda istidən, qışda isə soyuqdan və yağışdan qorunmaq üçün ən təsirli həll yoludur.

Bahalı və geri dönüşü olmayan ziyana səbəb ola biləcək su sızmalarına qarşı qoruyur.

Bir çox dam hidroizolyasiyası tətbiqləri vardır. Membran, ruberoid,poliuretan əsaslı sürmə izolyasiyaları və.s. Hidroizolyasiya materialları strukturları suyun mənfi təsirlərindən qorumağa xidmət edən materiallardır. Yaşayış yerlərinin rahat su izolyasiyasını təmin etmək üçün istifadə olunur. Konstruksiyaların daşıyıcı hissələrində armaturların korroziyaya uğraması sistemin yükdaşıma qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Dam izolyasiyasında istilik və səs izolyasiyasını təmin edən xüsusi istehsal olunan izolyasiya materialları ilə izolyasiya tətbiqləri artıq daha asan olmuşdur.

Damın termoizolyasiyası sayəsində qışda soyuqdan yayda istidən qoruna bilər və isti soyuq toqquşmasından yaranan tərləmə və kiflənmə kimi problemlərdən uzaq ola bilərsiz.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.