Xidmətlər

Epoksi döşəmə sistemləri

Müxtəlif növ izolyasiya sistemlərinin quraşdırılmasından, süni göllərin salınmasına qədər olan geniş xidmət çeşidi ilə qarşınızdayıq!


Epoksi döşəmə günümüzdə ən çox üstünlük verilən tikinti materialıdır. Epoksi termosetlər qrupundan olan yapışqan kimyəvi qatrandır. Epoksi qatranı müsbət xüsusiyyətləri sayəsində ən yaxşı kimyəvi döşəmə örtüyüdür.

Epoksi döşəmə bütün ticarət və sənaye döşəmə örtüklərində geniş istifadə olunur. Epoksi örtüklər normal olaraq beton döşəmələrə tətbiq olunur və uzun illər davam edə bilən və hətta ağır yüklər altında asanlıqla zədələnməyən yüksək performanslı, hamar və davamlı bir səth təmin edir.

Epoksi boya harada istifadə olunur?
  • Sənaye - zavod, fabrik, sex döşəmələri
  • Avtopark - avtodayanacaq örtükləri
  • Ev və ofis döşəmələri
  • Laboratoriya döşəmələri

Niyə epoksi qatranına üstünlük verilir? Epoksi kimyəvi cəhətdən çox güclü və davamlı yapışdırıcıdır.vhjk Beləliklə, çox qısa müddətdə epoksi qatran ilə dayanıqlı səthlər əldə edə bilərsiniz. Epoksi qatranına həm bəzək tətbiqlərində, həm də sənaye istifadəsində geniş şəkildə üstünlük verilir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.