
Istilik keçirmə Sistemləri / Sement Əsaslı suvaqlar
Strafix Dekorativ suvaq 15 – Mineral toxumalı – Ağ (incə)
Tərifi:- Ağ sement əsaslı, tək birləşənli, polimer qatqılı mala ilə tətbiq olunan, 1,5 mm mineral dənə toxumalı son qat dekorativ cəbhə örtüyüdür.
İstifadə Sahələri.
- Mantolama sistemlərində son qat dekorativ örtük vəsaiti olaraq,
- Daxili və xarici cəbhə suvaqlarının üzərində istifadə edilir.
Üstünlükləri.- Asan tətbiq edilir, mükəmməl yapışma təmin edir.
- Dekorativ görünüşlü olub homogen bir tətbiq təmin edər.
- İstilik izolyasiya sistemlerinin səhv tətbiqlərindən qaynaqlanan da görünüş düzəldilə bilər.
- Suya və dona dayanıqlıdır.
- Xarici təsirlərə qarşı dayanıqlı olub quruluşu uzun illər qoruyar.
- Su buxarı keçirimli olub, səthin nəfəs almasını təmin edər
- Üzərinə xarici cəbhə boyaları tətbiqi sağlar.
- incə dənə toxuması ilə məhsul istehlakının azalmasını təmin edər.
Səthin Hazırlanması:- Tətbiq səthi sağlam olub toz, yağ, qətran, boya, silikon, kür vəsaiti, yuyucu və qəlıb yağlar kimi yapışmağı önləyici maddələrdən təmizlənmiş olmalıdır.
- Tətbiq əvvəli PRIMER dekorativ suvaq astarı səthə fırça və ya rulo ilə tətbiq edilir.
Xərcin Hazırlanması:- 25 kq STRAFIX Dekorativ suvaq 15-Mineral Toxumalı – Ağ (qarışıq təxminən 6-6,5 litr təmiz su içinə qatılaraq üstünlük aşağı dövrlü bir mikser ilə topa qalmayacaq şekil də qarışdırılır
- Hazırlanan xərc 5 dəqiqə yetkinləşməsi üçün istirahət etdirilər və təkrar 1-2 dəqiqə qarışdırılaraq istifadə edilir.
- Ən gec 10 dəqiqə içərisində, vəsait hələ nəm olduqda plastik mala ilə dairəvi hərəkətlər edərək suvaya forma qazandırın.
- Tətbiq tamamlandıqdan sonra hava istiliyi yüksək isə səthi sement üzə çıxana qədər nəmləndirin.
İstehlak:1,75-2,50 kq/m2 (Tətbiq səthinə bağlı olaraq dəyişər.)
Qablaşdırma:25 kq-lıq kraft torbalarda
Saxlama müddəti:Rütubətsiz mühitlərdə və açılmamış qablaşdırmada palet üzərində 12 ay ərzində saxlanıla bilər.
Sağlamlıq və Təhlükəsizlik:Bütün kimyəvi materiallarda olduğu kimi istifadə və anbarlama əsnasında qida məhsullarından, göz və ağızla təmas etdirilməməlidir. Tətbiq əsnasında iş və işçi sağlamlığı qaydalarına uyğun olunmalı , qoruyucu əlcək və maska istifadə edilməlidir.
Diqqət:- +5C-nin altında və +35C nin üzərindəki temperaturda tətbiq etməyin.
- Mümkünsə ara vermədən uygulamaq lazımdır,
- Donmuş, 24 saat içərisində donma riski olan və ya birbaşa günəşə və küləyə açıq sahədə tətbiqdən qaçının. 1 həftə qar və ya şiddətli soyuq olarsa uyğulamaq olmaz.
- İstifadə vaxtı keçibsə su və toz əlavə etməyin.
- Material yağışlı səthlərdə uyğulanmamalıdır.